KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin məhkəmə prosesi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər.
Məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Eləcə də cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin olunub.
İttihama görə, Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Təvəkkül oğlu Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Belə ki, o, həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq bir çox şəxs tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almaqda ittiham olunub.
Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə təqsirli bilinib.
Oxşar xəbərlər
DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib
Həbsdə olan general ev dustaqlığına buraxılmadı
Azəraqrar Dövlət İstehsalat və Emal Birliyinin vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərilib
Naxçıvanda sabiq xidmət rəisi həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













