Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı təhvil verilib
Özbəkistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş 1962-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rzayev Akif İmran oğlunun həmin dövlətin Cinayət Məcəlləsinin 168-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi (xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə məhkum edilməsinə dair ittiham hökmünün icrası üçün verilməsi ilə bağlı Özbəkistan Respublikasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən Akif Rzayevin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycan beynəlxalq axtarışa verilmiş şəxsi Özbəkistana təhvil verib
Azərbaycan Özbəkistanın axtarışa elan etdiyi şəxsi ekstradisiya edib
Naxçıvanda saxlanılan Türkiyə vətəndaşı Özbəkistana təhvil verilib
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda saxlanılaraq Qazaxıstana təhvil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










