Dövlət Xidməti: Elektron mallar anbarı və qida istehsalı sexinin 360 kvadratmetri yanıb
Nəsimi rayonu, Nizami küçəsində yerləşən elektron mallar anbarı və qida istehsalı sexində yanğın baş verməsi haqqında Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə saat 10:51-də çağırış daxil olub.
Sizinxeber.az xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəsi müavini Taleh Babayev deyib.
O, qeyd edib ki, dərhal yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Xilasetmə Xidmətinin qüvvələri və Bakı Regional Mərkəzinin şəxsi heyəti cəlb olunub:
"Hazırda yanğın məhdudlaşdırılıb, söndürülməsi istiqamətində işlər həyata keçirilir. Baş vermiş yanğın zamanı yaxınlıqda olan çoxmənzilli yaşayış binasında insanların təhlükəsizliyini təmin etmək üçün təxliyə işləri həyata keçirilib. Ümumi sahəsi 2400 kvadratmetr olan obyektin 360 kvadratmetr hissəsi yanıb. Anbarda baş vermiş yanğın zamanı malların demək olar ki, müəyyən bir hissəsi alova məruz qalıb, amma böyük bir hissəsi mühafizə olunub".
Onun sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verməsi araşdırmadan sonra bəlli olacaq.
Oxşar xəbərlər
Bakıda binada yanğın olub - VİDEO
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Bakıda yaşayış binasındakı restoranda yanğın olub
Bakıda kafedə yanğın baş verib - YENİLƏNİB
Bakıda yaşayış binasındakı restoranda yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










