Bakının mərkəzində anbar yanır, yolda məhdudiyyət qoyulub - FOTO - YENİLƏNİB
Paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülürü", NİİM-dən bildirilib.
***
11.03
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Nəsimi rayonunda obyektdə yanğın başlayıb - FOTO - YENİLƏNİB
Bakıda obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1
Bakıda obyektdə yanğın başlayıb, 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib - FOTO - YENİLƏNİB
Babək prospektində obyektdə yanğın söndürülüb, yolda məhdudiyyət aradan qaldırılıb - VİDEO - YENİLƏNİB-3 - FOTO
Bakıda yaşayış binasında yanğın söndürülüb, yolda məhdudiyyət götürülüb- YENİLƏNİB-1 - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













