Bakıda obyektdə yanğın başlayıb, 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib - FOTO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
13.44
Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.
Oxşar xəbərlər
Xətai rayonunda yanğın baş verib, 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib - FOTO
FHN: “8-ci kilometr bazarı”nın yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-4 - VİDEO - FOTO
FHN: “8-ci kilometr bazar”ının yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-3 - VİDEO - FOTO
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Səbaildə açıq sahə yanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













