Nəsimi rayonunda obyektdə yanğın başlayıb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Nəsimi rayonunda obyektdə yanğın başlayıb - FOTO - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektlərdən birində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***

18.27

Nəsimi rayonu, “4-cü mikrorayon” dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Oxşar xəbərlər

Bakıda "Neolit" restoranı yanır - YENİLƏNİB-1 - VİDEO
Bakıda yanğın olub
Xətai rayonunda baş vermiş yanğın söndürülüb - YENİLƏNİB - FOTO
Bakıda "Neolit" şadlıq evində yanğın söndürülüb - YENİLƏNİB-4 - VİDEO - FOTO
Babək prospektində obyektdə yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB-1 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər