FHN: Ötən həftə 152 yanğına çıxış olub, 30 nəfər xilas edilib - VİDEO
Ötən həftə 152 yanğına çıxış olub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 152 yanğına çıxış və 26 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 30 nəfər xilas edilib, subasma və yanğın zamanı ümumilikdə 35-i azyaşlı olmaqla 186 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən həftə 745 yanğına çıxış olub, 38 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 260 yanğına çıxış olub, 48 nəfər xilas edilib - VİDEO
FHN: Ötən sutka 43 yanğına çıxış olub, 10 nəfər xilas edilib
FHN: Ötən sutka 50 yanğına çıxış olub, 5 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













