FHN: Ötən həftə 260 yanğına çıxış olub, 48 nəfər xilas edilib - VİDEO
Ötən həftə 260 yanğına çıxış olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 260 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 3 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 21-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
FHN: Ötən həftə 745 yanğına çıxış olub, 38 nəfər xilas edilib - VİDEO
FHN: Ötən həftə 353 yanğına çıxış olub, 26 nəfər xilas edilib - VİDEO
FHN: Ötən sutka 43 yanğına çıxış olub, 10 nəfər xilas edilib
FHN: Ötən sutka 28 yanğına çıxış olub, 5 nəfər xilas edilib
FHN: Ötən sutka 54 yanğına çıxış olub, 2 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













