FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı, xəsarət barədə bu vaxtadək məlumat daxil olmayıb
sizinxeber.az xəbər saytı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı, xəsarət barədə bu vaxtadək məlumat daxil olmayıb


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 22.07.2024-cü il tarixində yerli vaxtla saat 12:08 dəqiqədə Zaqatala seysmik stansiyasından 55 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 15 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb, FHN-dən bildirilib.

Oxşar xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək məlumat daxil olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda 4 bala yaxın daha bir zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər