Gürcüstanda zəlzələ olub, Azərbaycanın sərhəd rayonlarında da hiss edilib - YENİLƏNİB
Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub
Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub
***
12:15
Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Sizinxeber.az-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub", - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 12:08-də 15 km dərinlikdə qeydə alınıb.
Oxşar xəbərlər
Gürcüstanda zəlzələ olub, Azərbaycanda da hiss edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tayvanda 5,8 bal gücündə zəlzələ baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəzərdə ardıcıl zəlzələlər: Təhlükəni dənizdən gözləyək? - RƏSMİ AÇIQLAMA + VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda zəlzələ, Azərbaycanda da hiss olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 4.5 gücündə zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












