Şabranda seldə boğulan üç neftçinin meyiti tapılıb - YENİLƏNİB-1 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2025
18:50

Şabranda seldə boğulan üç neftçinin meyiti tapılıb - YENİLƏNİB-1

17 apr, 2025
18:50
521

Şabranda seldə boğulan üç neftçinin meyiti tapılıb - YENİLƏNİB-1

Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.

Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.

Fakt araşdırılır.

Əldə etdimiz məlumata görə, onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.

***

10:39

Şabrançayda meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Sizinxeber.az-nın şimal bürosunun xəbərinə görə, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Cəfər Talıb

***

10.15

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın