Masallıda çaydan XIX əsrə aid bir kisə kitab tapılıb - FOTO
sizinxeber.az xəbər saytı

Masallıda çaydan XIX əsrə aid bir kisə kitab tapılıb - FOTO


Masallıda çaydan XIX əsrə aid kitablar tapılıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Masallı rayonunun Məmmədoba -Tuado yolunun kənarı ilə axan Çaykəş çayından bir kisə kitab tapılıb.

Kisə Masallı sakini Rauf Cəbiyev tərəfindən çaydan çıxarılıb. Yerli sakinlərin verdiyi məlumata görə, çaydan daha bir neçə eynitipli kisə keçib, lakin onları çıxarmaq mümkün olmayıb.

Kitablara baxış zamanı onların ərəb dilində yazıldığı məlum olub. İlkin araşdırma samanı yerli din xadimləri kitabların dini ədəbiyyat olması və ən azı XIX əsrdə nəşr edilməsi qənaətinə gəliblər.

Qeyd edək ki, tapılan kitablar 9 ədəddir və şikəstə xəttiylə yazılıb.

Oxşar xəbərlər

Gəncədə çaydan meyit tapılıb
Xaçmazda çaydan kişi meyiti tapılıb
Masallıda 22 yaşlı gənc çayda boğularaq ölüb - FOTO
Gəncədə çaydan meyit tapılıb - YENİLƏNİB 2
Azərbaycanda bəzi yerlərdə güclü yağış yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər