Gəncədə çaydan meyit tapılıb - YENİLƏNİB 2
Gəncədə çaydan meyiti tapılan qadının ölməsinin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə 2007-ci il təvəllüdlü F. Əmiraslanovanı bu gün Gəncə çayında sel aparıb.
Qeyd edək ki, çayda meyiti aşkarlanan qadın şəhər ərazisində dilənçiliklə məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır.
***
21:53
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov hadisə haqqında APA-nın sorğusuna cavab verib.
O bildirib ki, iyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit eksperrizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
21:46
Gəncədə çaydan qadın meyti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində baş verib.
Belə ki, çayda gənc qadının meyiti aşkarlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Gəncədə çaydan meyit tapılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə çaydan meyit tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə kanaldan meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













