Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Sumqayıtda ticarət mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-2


Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın tam söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin “Sülh” və “Nərimanov” küçələrinin kəsişməsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

09:34

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, FHN yanğınsöndürmə briqadasının müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb.  

09:10

Sumqayıt şəhəri Sülh prospektində yerləşən "Jalə" ticarət mərkəzində yanğın başlayıb.

"Report"un yerli bürosunun məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Oxşar xəbərlər

Sabirabadda ticarət mərkəzində yanğın olub
“Dərnəgül”də taxta bazarında yanğın olub
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb-YENİLƏNİB-2
Sumqayıtda obyektdə yanğın olub
Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər