Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb – VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
08:30

Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb – VİDEO

14 apr, 2025
08:30
692

Mingəçevirdə avtomobildə başlanan yanğın evə sıçrayıb – VİDEO

Mingəçevir şəhərində minik avtomobilində başlanan yanğın fərdi yaşayış evinə sıçrayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi, Bahar küçəsi 17 ünvanında qeydə alınıb.

Ev sahibəsi Qənirə Kərimova bildirib ki, əvvəlcə həyətdə olan “Opel” markalı avtomobil yanıb. Daha sonra alov 3 otaqlı evə keçib. Yanğında ev əşyaları da yanıb.

Hadisə zamanı o, qızı və nəvələri ilə evdə olublar. Ailə pəncərələrdən çıxaraq xilas olublar.

Olayda yaralanan olmayıb. Yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın