Restoranda müştərinin kartından oğurluq edən administrator saxlanılıb
sizinxeber.az xəbər saytı

Restoranda müştərinin kartından oğurluq edən administrator saxlanılıb


Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb. Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib.Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər

Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb
Bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bank kartından pul oğurlayan şəxslər saxlanılıb
Bank kartından 2500 manatdan çox pul oğurlayan kişi və qadın saxlanılıb
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər