10
apr
2025
19:00
yuxarı
BDYPİ rəsmisi: Xızıdakı yol qəzası yağıntılı hava şəraiti səbəbindən baş verib
BDYPİ rəsmisi: Xızıdakı yol qəzası yağıntılı hava şəraiti səbəbindən baş verib
Xızı rayonundakı yol-nəqliyyat hadisəsi yağıntılı hava şəraiti səbəbindən baş verib.
Bu barədə “Report”un yerli bürosuna Baş DYP İdarəsinin baş inspektoru polis baş leytenantı Elvin Hacıyev açıqlamasına qeyd edib.
“Asfalt örtüyünün yaş olması səbəbindən 77-JX-370 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Yusifov Bəxtiyar idarəetməni itirərək yolun ortasındakı maneələrə çırpılıb”, - DYP rəsmisi bildirib.
Qeyd edək ki, yol qəzası bu gün saat 16:15 radələrində Bakı-Quba yolunun 77-ci kilometrliyində üzü rayon istiqamətində baş verib.