sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Biləsuvarda mikroavtobus 20 yaşlı oğlanı vurub
Biləsuvarda mikroavtobus piyadanı vurub.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb.
Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib.
Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda avtomobil 29 yaşlı piyadanı vurub - FOTO
Biləsuvarda avtomobil dörd piyadanı vurub - ADLAR
Biləsuvarda "Mercedes" aşıb, xəsarət alan var
Biləsuvarda avtomobil aşıb, ana və övladı xəsarət alıb
Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













