Hərbi ekspert Ədalət Vəliyevə şərti cəza verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
18:30

Hərbi ekspert Ədalət Vəliyevə şərti cəza verilib

07 apr, 2025
18:30
690

Hərbi ekspert Ədalət Vəliyevə şərti cəza verilib

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Vəliyevə şərti cəza verilib.

"Report" xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ədalət Verdiyev CM-nin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Qeyd edək ki, Ə.Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

Bizimlə əlaqə saxlayın