Astarada fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb, əmisi saxlanılıb
Astarada fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Astara rayonu Kijəbə qəsəbəsində qeydə alınıb.
Anadangəlmə fiziki qüsurlu 13 yaşlı Z.K. həyətdə olarkən əmisi Vasif Kazımovun idarə etdiyi "UAZ" markalı avtomobili geriyə hərəkət etdirib. Avtomobil əlil arabasında olan yeniyetməni vurub.
Xəsarət alan yeniyetmə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən V.Kazımov polisə təslim olub.
Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada nəqliyyat vasitəsi orta yaşlı kişini vuraraq öldürüb
Astarada 39 yaşlı kişinin meyiti tapılıb
Astarada qəzada motosiklet sürücüsü ölüb
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Astarada balıq tutan 47 yaşlı kişini cərəyan vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













