sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Astarada 39 yaşlı kişinin meyiti tapılıb
Yaşayış olmayan evdə kişi meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə Astara rayonunun Şahağacı kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti, əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənovun həmin evin altında özünü asdığı bildirilir.
Bir uşağı olan Elvinin uzun müddətdir ailəsindən ayrıldığı deyilir və o, qardaşının himayəsində olub.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Astarada 17 yaşlı tələbənin meyiti tapılıb
Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb - FOTO - YENİLƏNİB
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb
Lənkəranda, iki uşaq atasının tövlədə meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













