Şəmkirdə quldurluq yolu ilə 333 min manat ələ keçirmək istəyən şəxslər saxlanılıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
08:50

Şəmkirdə quldurluq yolu ilə 333 min manat ələ keçirmək istəyən şəxslər saxlanılıb - FOTO

07 apr, 2025
08:50
717

Şəmkirdə quldurluq yolu ilə 333 min manat ələ keçirmək istəyən şəxslər saxlanılıb - FOTO

Şəmkir Rayon Polis Şöbəsinə “Mercedes” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı Israpıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın