İllər öncə quldurluq edən şəxslər saxlanıldı
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub.
Həmin şəxslərin hazırda cəza çəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib. Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki kisəyə baxış zamanı 1 "Kalaşnikov" markalı avtomat, həmin silaha məxsus 1 daraq və 27 patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda mənzildən 60 min manat pul, 20 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












