Aeroport yolunda “Aero ekspress" avtobusu evakuatorla toqquşub, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-3
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 22:30 radələrində Sabunçu rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə APA-ya TƏBİB-dən xəbər verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.
Qeyd edilib ki, 1964-cü il təvəllüdlü şəxsə baldırın sınığı diaqnozu ilə zəruri tibbi yardımlar göstərilib. Hazırda Müştərək travma şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1985-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması ilə zəruri tibbi yardımlar göstərilib və dərhal Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir.
Günay Elşən
***
saat 00.53
Aeroport şosesində baş vermiş qəza nəticəsində xəsarət alanlardan 3 nəfəri Sabunçu rayon 3 Saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.
APA xəbər verir ki, avtobusun sürücüsünün sol aşağı ətrafından ağır xəsarət aldığı bildirilir.
***
00:22
Aeroport yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
APA xəbər verir ki, ilkin məlumata görə "Aero ekspress" avtobusu evakuatorla toqquşub.
***
23:56
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu haqda DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.
Oxşar xəbərlər
Bakıda qəza olub, xəsarət alanlar var
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bakıda zəncirvari yol qəzasında ata və azyaşlı övladı ölüb - YENİLƏNİB
FHN: Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub - FOTO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













