

Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb, araşdırma aparılır- YENİLƏNİB-1 - FOTO
Ağdərədə insan skeletinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sizinxeber.az-ya bildirilib ki, aprelin 2-də Ağdərə rayonu, Baş Güneypəyə kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda sümüklərin kimə məxsus olması istiqamətində zəruri prosessual hərəkətlər icra edilir.
Fakla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
***
13.23
Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Xəbərə görə, müvafiq qurumlar bu haqda məlumatlandırılıb. Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.
Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.
Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.
***
10.25
Ağdərə rayonunda insana məxsus olması ehtimal edilən sümüklər aşkar edilib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, skelet fraqmentləri Baş Güney kəndi ərazisində aşkarlanıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanıb.
Tapılan qalıqların 1992-ci ildə şəhid olan Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova aid olduğu ehtimal olunur.
Oxşar xəbərlər
Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb - YENİLƏNİB - FOTO
Ağdamda iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb
Ağdərədə insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb - YENİLƏNİB
Üç il əvvəl Zaqatalada meşədə itkin düşən hindistanlı turistin qalıqları tapılıb
Ağdərədə insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
