Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb - YENİLƏNİB - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
apr
2025
13:50

Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb - YENİLƏNİB - FOTO

03 apr, 2025
13:50
713

Ağdərədə iki nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb - YENİLƏNİB - FOTO

Ağdərə rayonunun Baş Güney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentlərini aşkarlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Xəbərə görə, müvafiq qurumlar bu haqda məlumatlandırılıb. Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ərazidən götürülərək, şəxsiyyətin müəyyənləşdirilməsi üçün ekspertizaya göndərilib. Əsəddin Novruza aid olduğu ehtimal olunan skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb.

Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də hadisə yerində olacaq və Əsəddin Novruzovun qalıqlarını götürəcəklər.

Adı çəkilən şəxslər, 1992-ci il martın 12-də şəhid olublar. Onlara məxsus olduğu ehtimal edilən skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başlayıb.

***

10.25

Ağdərə rayonunda insana məxsus olması ehtimal edilən sümüklər aşkar edilib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, skelet fraqmentləri Baş Güney kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma başlanıb.

Tapılan qalıqların 1992-ci ildə şəhid olan Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova aid olduğu ehtimal olunur.

Bizimlə əlaqə saxlayın