Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Ucarda ağır qəza, 4 nəfər xəsarət alıb


Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.

Sizinxeber.az -nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər - Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinova, 1980-ci il təvəllüdlü Mahirə Həsənbəy qızı Şirinova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinov və 2000-ci il təvəllüdlü Nəzər İlqar oğlu Şirinov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
Ucarda zəncirvari qəza olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Ucarda minik avtomobili mikroavtobusla toqquşub
Ucarda qəza baş verib, xəsarət alanlar var - FOTO
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle