Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb
sizinxeber.az xəbər saytı

Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb


"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Bu barədə "Report"a onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Məlumata görə, onun həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Əziz Orucovla bağlı qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Hafiz Babalı və Elnarə Qasımova barəsində qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyanın həbs müddəti uzadıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər