Ruben Vardanyanın həbs müddəti uzadıldı
Qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb.
Sizinxəbər.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Oxşar xəbərlər
DTX Vardanyanla bağlı məlumat yaydı - Video
DTX məlumat yaydı: Manukyan həbs edildi
Saakyan, Qukasyan və İşxanyan belə saxlanıldı - Video
Ruben Vardanyan saxlanıldı - RƏSMİ
Vardanyanın saxlanılma ANININ VİDEOSU
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













