Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb
Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.
Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.
Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Qeyd edək ki, O, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Qubad İbadoğluna dəstək aksiyasında Ermənistan bayrağı qaldırıldı - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meyxanaçı narkotikdən istifadə etdiyini məhkəmədə etiraf etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəxtiyar Hacıyev yenidən məhkəməyə gətirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












