sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabunçuda qəzaya düşən 18 yaşlı oğlan xəstəxanada ölüb
Sabunçuda qəzaya düşən şəxs xəstəxanada həyatını itirib.
Sizinxeber.az xəbər verir ki, hadisə martın 10-da Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən magistral yolda baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Hüseynov Elşən Ataməli oğlu istifadəsində olan avtomobillə hərəkətdə olarkən magistral yolda yolu keçən 2007-ci il təvəllüdlü Kazımov İsmayıl Mübariz oğlunu vurub. Nəticədə, sonuncu müalicə aldığı “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsində bu gün saat 12 radələrində ölüb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
Bakıda motosiklet piyadanı vurub
Bakıda avtomobil qadını vurub
Prokurorluq: Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB
Bakıda 3 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













