Ermənistan Xankəndidə ölmüş erməni əsilli qadının meyitinin təhvil alınmasına münasibət bildirmir - RƏSMİ
Ermənistanın erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmir.
Sizinxeber.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
“1954-cü il təvəllüdlü, erməni əsilli Ağasyan Vera Varaşakovnanın ötən il oktyabrın 20-də Xankəndi şəhərində yaşadığı ünvanda xəstəlikdən vəfat etməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinin və onun övladlarının məlumatlandırılmasına, meyitinin təhvil verilməsi üçün bütün zəruri sənədləşmə işlərinin aparılmasına, hətta cari ilin fevral ayında vasitəçilərin iştirakı olmadan sərhəddə keçirilmiş görüş zamanı məsələ Ermənistanın nümayəndə heyətinin birbaşa diqqətinə çatdırılmasına baxmayaraq, qarşı tərəf 5 aya yaxındır ki, meyitin təhvil alınmasına heç bir münasibət bildirmir”, - o bildirib.
Oxşar xəbərlər
170 azərbaycanlı əsirin işgəncələrlə öldürüldüyü istintaqla sübut edilib
İCMP itkin düşmüş şəxslərin axtarışı üçün Azərbaycana arxeoloqlar göndərə bilər
Azərbaycan ICMP-nin itkinlərlə bağlı Ermənistan qarşısında məsələ qaldırmasını istəyir
Xankəndidə erməni əsilli vətəndaş vəfat edib
700-ə yaxın itkin düşmüş şəxsə aid meyit qalığı aşkarlanıb, 165-i ailələrinə təhvil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













