Saatlıda əvvəllər məhkum olunmuş şəxsdən 1 kq heroin aşkarlanıb
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər də məhkum olunmuş Ramin Şıxəliyev saxlanılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, adıçəkilən şəxsdən 1 kiloqrama yaxın heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Şıxəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Bundan əlavə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini tapdığı 1 ədəd avtomat, 1 ədəd daraq və 29 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Balakəndə saxlanılan şəxsdən 33 kq heroin və marixuana götürülüb
Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb
Saatlıda rayon sakinlərindən 14 ədəd ov tüfəngi təhvil götürülüb
Xaçmazda gizlədilən avtomat tapılıb
Siyəzən sakinində avtomat aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
