ETSN-in mütəxəssisləri Neft Emalı Zavodunun ərazisindəki yanğın yerinə gedib - YENİLƏNİB-3 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
11:00

ETSN-in mütəxəssisləri Neft Emalı Zavodunun ərazisindəki yanğın yerinə gedib - YENİLƏNİB-3

05 mar, 2025
11:00
779

ETSN-in mütəxəssisləri Neft Emalı Zavodunun ərazisindəki yanğın yerinə gedib - YENİLƏNİB-3

Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.

Bu barədə "Sizinxeber.az"a nazirlikdən məlumat verilib.

10.36

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

10.27

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, ərazi polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb, bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

10.14

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Müxbirlər: Səlcuq Elçin, Samirə Abdullayeva

Bizimlə əlaqə saxlayın