Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb - VİDEO - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
10:50
0
0
1 290

Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb - VİDEO - FOTO - YENİLƏNİB

05 mar, 2025
10:50
1 290

Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb - VİDEO - FOTO - YENİLƏNİB

Xəbərə video əlavə olunub.

***

10.13

Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10:00 radələrində sözügedən yanğınla bağlı çağırış daxil olub. Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

Bizimlə əlaqə saxlayın