sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Binəqədidə ağac kəsilib, Baş Prokurorluğa müraciət olunacaq
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində ağac kəsintisi faktı aşkar edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, faktla bağlı akt tərtib olunub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır.
Kəsilmiş ağacların yerinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin təşkilatçılığı və dəstəyi ilə ərazidə yaşayan sakinlərlə birgə yeni ağaclar əkilib.
Oxşar xəbərlər
Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb
Yasamalda ağaclar kəsilib, iş hüquq-mühafizə orqanlarına göndəriləcək
Azad edilmiş ərazilərdə bu il ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub
Xaçmazda qanunsuz ağac kəsintisi faktı aşkar edilib
Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı görüntülər araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













