sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xaçmazda qanunsuz ağac kəsintisi faktı aşkar edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xaçmaz rayonu Qarabağlı kəndi ərazisində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə ağacların qanunsuz olaraq Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Astarada qanunsuz odlu silahların saxlanması faktları aşkarlanıb
Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı
Üç rayonda qanunsuz kömür quyuları aşkarlanıb
Cəlilabadda qanunsuz ov faktı aşkarlanıb
Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













