Bakıda narkopriton aşkarlanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda narkopriton aşkarlanıb - VİDEO


Bakının Nizami rayonunda polis narkopriton aşkarlayıb.

Sizinxeber.az DİN-ə istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Nizami rayonu Keşlə qəsəbəsində həyata keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Xəzər rayonunda narkopriton aşkarlanıb
Bakıda keçirilən əməliyyatda 27 kq narkotik aşkarlanıb - VİDEO
Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb
Azərbaycanda narkoşəbəkə üzvləri saxlanılıb, 80 kq narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle