Ötən il yol qəzalarında 764 nəfər ölüb, 1188 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Ötən il yol qəzalarında 764 nəfər ölüb, 1188 nəfər xəsarət alıb


Ötən il 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.

Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş verib, 29,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1116 nəfər olub.

Oxşar xəbərlər

Bu ilin 9 ayında yol qəzalarında 520 nəfər həlak olub, 914 nəfər xəsarət alıb
Azərbaycana turist gəlişi 34% artıb
Ötən il Azərbaycana turist gəlişi 26% artıb
Yanvarda Azərbaycana 165 mindən çox əcnəbi gəlib
Bu il Azərbaycana 1.5 milyondan çox turist gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle