Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb
sizinxeber.az xəbər saytı

Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Araşdırmalar zamanı Yasamal rayonu Nəriman Nərimanov prospekti 127 ünvanında “Memar-3” MTK tərəfindən, Xətai rayonu Zığ küçəsi 39 ünvanında “Probuild Solutions” MMC tərəfindən, Binəqədi rayonu, S.S.Axundov küçəsinin şərq hissəsində “İbrahimxan” kiçik müəssisəsi tərəfindən tikinti və abadlaşdırma aparılan ərazilərdə, həmçinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 14K ünvanında “Mərmər İnşaat” ASC-nin mülkiyyətində olan torpaq sahəsində və Səbail rayonu Badamdar qəsəbəsi massiv 3 ünvanında meşə fonduna daxil olmayan ümumilikdə 165 ədəd ağac və iri kolların, o cümlədən 50 ilə yaxın yaşı olan irigövdəli ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə 131 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Oxşar xəbərlər

Baş Prokurorluqda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb
Baş Prokurorluğun idarə rəisi: Ağac kəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
İdarə rəisi: Qanunsuz ağackəsmə faktları ilə bağlı 850 min manata yaxın ziyan ödətdirilib
Sabunçu və Binəqədinin bəzi yerlərində qaz olmayacaq
Binəqədi və Səbail rayonlarının qaz təchizatında fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər