Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Goranboyda ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü 2003-cü il təvəllüdlü Bayramov Məhəmməd Talıb oğlu dünyasını dəyişib.
Hadisə nəticəsində 6 nəfər xəsarət alıb: 1971-ci il təvəllüdlü Zəminə Qasımova, 1980-ci il təvəllüdlü Samir Hacıbabayev, 1995-ci il təvəllüdlü Vahid Hüseynzadə, 2001-ci il təvəllüdlü Mehman Allahverdiyev, 2001-ci il təvəllüdlü Uğur Babayev, 2001-ci il təvəllüdlü Məftun Allahyarov.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və Pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var
Goranboyda avtomobillər toqquşub, ana və oğlu xəsarət alıb
Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












