Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB


Cəlilabad rayonunda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, onlar Cəlilabad rayon sakinləri Asif Bayramov və onun qızı Mərcan Bayramovadır.

M.Bayramovanın vəziyyəti ağır olduğu üçün o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:59

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobilinin yolun kənarındakı ağaclara çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2
Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var 
Cəlilabadda iki yol qəzası baş verib, xəsarət alanlar var 
TƏBİB: Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub - YENİLƏNİB
Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər