Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var 
sizinxeber.az xəbər saytı

Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var 


Cəlilabadda yol qəzası baş verib, xəsarət alanlar var.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, Mehdi Məmmədovun idarə etdiyi "Passat" markalı minik avtomobili ilə Əliqardaş Nəsirovun idarə etdiyi "Megan" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər, 1957-ci il təvəllüdlü Sona Məmmədova, 1958-ci il təvəllüdlü Firudin Aslanov, 1993-cü il təvəllüdlü Xəyalə Muxtarova və 2017-ci il təvəllüdlü Elif Məmmədova xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var
Şirvanda yol qəzası olub, xəsarət alanlar var
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb
Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər