Masallıda bir ailənin üzvləri qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Masallıda bir ailənin üzvləri qəzaya uğrayıb, ölən və xəsarət alanlar var


Masallıda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Ələt-Astara magistralında, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini 72 yaşlı Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ağır tonajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.

1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.

2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Masallıda ağır yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB
​​​​​​​Masallıda baş verən qəzada piyada ölüb
Lənkəranda baş verən qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO
​​​​​​​Masallıda baş verən qəzada piyada ölüb - FOTO
Lənkəranda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle