Bakıda 12 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin psixi vəziyyətinin öyrənilməsi üçün ekspertiza təyin olunub
12 il əvvəl qətl törətməkdə təqsirləndirilən və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilən Rəşad Qaytaranov işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.
Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.
Qeyd edək ki, hadisə 2013-cü ildə baş verib. Rəsmi məlumata görə, Bakı şəhər sakini Ruslan Abbasova Rəşad Qaytaranov bıçaqla xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olması nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
On iki il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxslə bağlı təkrar ekspertizaya müraciət olunub
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır
Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Beş ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













