FHN: Ötən sutka 37 yanğına çıxış olub, 2 nəfər xilas edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
yan
2025
09:50

FHN: Ötən sutka 37 yanğına çıxış olub, 2 nəfər xilas edilib

22 yan, 2025
09:50
588

FHN: Ötən sutka 37 yanğına çıxış olub, 2 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbiat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 11 nəfər təxliyə olunub, 2 nəfərin meyiti təhvil verilib.

Bizimlə əlaqə saxlayın