“TikTok”da işə düzəltmə adı altında 57 nəfərin pulu ələ keçirilib
İşə düzəltmə adı altında 57 nəfəri aldatmaqda şübhəli bilinən şəxsi polis saxlayıb.
Sizinxeber.az DİN-ə istionadən xəbər verir ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “xanımların işlə təmin edilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.
Polis əməkdaşları tərəfindən Hacıqabul rayonunda həyata keçirilən tədbirlərlə qeyd edilən kibertalama əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Cəfərov saxlanılıb.
Araşdırmalarla R.Cəfərovun sosial şəbəkələrdə özünü işədüzəltmə şirkətlərinin birinin nümayəndəsi kimi təqdim etdiyi və 57 nəfərin pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda iki nəfərə qarşı 12 min manatlıq dələduzluq edilib
Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var
Bakıda əvvəllər məhkum olunmuş qadın dələduzluğa görə saxlanılıb
Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirilib
Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













