Sürücülük hüququ olmadan sərxoş halda maşın sürən şəxs həbs edilib
Sürücülük hüququ olmadan sərxoş halda maşın sürən şəxs həbs edilib.
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə süni gərginlik yaratmağa calışıb.
Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Oxşar xəbərlər
Beyləqanda sərxoş halda maşın sürən şəxs həbs edilib
Avtobusu sərxoş halda idarə edən şəxs həbs edilib
Altı min manata yaxın cərimə borcu olan sürücü polisə tabesizlik göstərərək həbs olunub
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yeddi min manata yaxın cəriməsi olan sürücü həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













