Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB
Gəncədə yaşayış binasında yanğın söndürülüb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.
Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində yanğın qeydə alınıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Hadisə səbəbindən bina sakinləri təxliyə edilib.
Yanğın yayılmasının qarşısı alınıb, hazırda söndürmə işləri aparılır.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Gəncədə yataqxana binasında yanğın olub
Gəncədə ATS-də yanğın olub
Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb - YENİLƏNİB - 2
Gəncədə yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib
Bakıda ev yanıb, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












