Gəncədə yataqxana binasında yanğın olub
Gəncə şəhərində 5 mərtəbəli yataqxana binasında yanğın olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Atatürk prospektində yerləşən 5 mərtəbəli binanın 3-cü və 4-cü mərtəbəsinin eyvanları və 1 otağı içərisində əşyaları ilə birgə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 7 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlərək digər mərtəbələr yanğından mühafizə olunub.
Hadisə zamanı 3-cü mərtəbənin 15 kvadratmetr sahəsi, 4-cü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb. Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlən olub. Onlara tibbi yardım göstərilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Gəncədə ATS-də yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ev yanıb, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda 5 mərtəbəli binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












